Xərçəngin yayılma sirri ilə bağlı mühüm elmi kəşf

07.07.2026

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Beynəlxalq alimlər qrupu yoğun bağırsaq xərçənginin orqanizmdə yayılmasına səbəb olan mühüm bioloji mexanizmi müəyyən edib. Araşdırmanın nəticələri bu gün elmi yeniliklərin operativ yayımlandığı “ScienceDaily” nəşrində dərc olunub və nüfuzlu elmi araşdırmaya əsaslanır.

Tədqiqat zamanı müəyyən edilib ki, GATA6 adlı genin fəaliyyəti zəiflədikdə xərçəng hüceyrələri öz xüsusiyyətlərini dəyişərək daha aqressiv formaya keçir və orqanizmin digər hissələrinə yayılmaq qabiliyyəti qazanır. Alimlərin fikrincə, bu mexanizmin öyrənilməsi gələcəkdə xəstəliyin yayılmasının qarşısını alan yeni müalicə üsullarının hazırlanmasına şərait yarada bilər.

Mütəxəssislər bildirirlər ki, əldə olunan nəticələr yoğun bağırsaq xərçənginin bioloji xüsusiyyətlərinin daha dərindən öyrənilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Yeni elmi məlumatlar həm erkən diaqnostika, həm də fərdi müalicə yanaşmalarının təkmilləşdirilməsi istiqamətində aparılan tədqiqatlara töhfə verə bilər.

N.Adilqızı
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью