Xərçənglə mübarizədə kimyaterapiyadan 10 dəfə effektiv üsul tapıldı

30.07.2026

Icma.az bildirir, Azvision portalına istinadən.

AzVision.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının akademiki, Dövlət Elmi Mərkəzi "Bioüzvi Kimya İnstitutu"nun baş elmi əməkdaşı Sergey Deyev məlumat verib.
Söhbət xərçəng hüceyrələrinin DNT-sini zədələyərək şişin inkişafını ləngidən "Doksorubisin" preparatının yeni üsulla yeridilməsindən gedir. Alimin sözlərinə görə, preparatın suda zəif həll olması onun ənənəvi tətbiqi zamanı orqanizmə yeridilməsini çətinləşdirir, seçici təsir mexanizminin olmaması isə təkcə bədxassəli deyil, sağlam hüceyrələrin də zədələnməsinə səbəb olur.
Yeni yanaşma qan dövranında sürətlə tam parçalanan nanokonteynerlərə əsaslanır. Bu zaman preparat sərbəst buraxılaraq qan damarlarından hüceyrələrarası sahəyə keçir, daha sonra isə şiş toxumasının dərin qatlarına nüfuz edərək birbaşa xərçəng hüceyrələrinə çatdırılır.
"Fosfat ionlarının təsiri ilə nanokonteynerlər sürətlə parçalanır və təxminən 30-60 dəqiqə ərzində böyük miqdarda doksorubisin sərbəst buraxılır. Preparat qan damarlarına yaxın yerləşən xərçəng hüceyrələrinə nüfuz edir", – deyə Sergey Deyev Ümumrusiya "Mühəndis biologiyası və biofarmasevtika" konfransında bildirib.
Bundan əvvəl, iyulun 29-da Rusiyanın Ulan-Ude şəhərindəki Nüvə Təbabəti Mərkəzində beyin şişlərinin erkən mərhələdə aşkarlanmasına imkan verən yeni preparatın istehsalına başlanıldığı açıqlanmışdı. Layihənin ümumi dəyərinin 1,4 milyard rubl olacağı bildirilir. Yeni preparatın onkoloqlara şişlərin sərhədlərini daha dəqiq müəyyənləşdirməyə, biopsiya və cərrahi əməliyyatları daha səmərəli planlaşdırmağa, həmçinin müalicənin nəticələrinə dəqiq nəzarət etməyə imkan verəcəyi qeyd olunur.
Səbinə Həsənova
AzVision.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью