Xərclər ilbəil çoxalır, necə olacaq, özümüzə də qaranlıqdır Zaqatala sponsor tapa bilmir |…
Icma.az xəbər verir, Sportal.az saytına əsaslanaraq. "Komandamız yeni mövsümə AFFA-nın dövlət tərəfindən ayırdığı vəsaitlə başlayacaq".
Sportal.az xəbər verir ki, bu sözləri Sportinfo.az-a açıqlamasında "Zaqatala"nın Müşahidə Şurasının üzvü Musa Qurbanov deyib.
2014-cü ildən I Liqada yarışan əyalət klubunun önəmli şəxsi sponsorluqla bağlı danışıqların nəticəsiz qaldığını söyləyib.
Tanınmış futbol adamı TƏBİB-in icraçı direktoru Vüqar Qurbanovun doğma rayonun klubuna dəstək olmağa çalışdığını, lakin prosesin dalana dirəndiyini qeyd edib: "Mən də bilmədim niyə belə oldu.
Vüqar müəllim istəyirdi ki, "Zaqatala" bu vəziyyətdən çıxsın, iddialı olsun. O, əlindən gələni etdi. Dediyi şirkətlərlə görüşməli idik.
Bu barədə şifahi söhbət getmişdi. Nədənsə həmin şirkətlərdən sonradan bir xəbər çıxmadı. Biz də gördük ki, daha danışmağın mənası yoxdur.
Futbol onlara maraqlı sahə kimi gəlsəydi, özləri hansısa addım atardılar. Açığı, biz son günlərə kimi çox ümidli idik.
Böyük planlar qurmuşduq. Zaqatala Ollimpiya Kompleksinin stadionunun meydançasını dəyişmək istəyirdik.
Tam oxu
Xəbəri oxu