Xərclərimizin 56% dən çoxunu yeyib içməyə sərf edirik Rəsmi

14.05.2025

Yeniavaz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.


Bu ilin ilk 4 ayı ərzində Azərbaycanda əhalinin bir nəfəri orta hesabla ayda 449,8 manatlıq, o cümlədən 252,4 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 197,4 manatlıq qeyri-ərzaq malları alıb.
Yeniavaz.com
-un açıqlanan rəsmi məlumatlara istinadən apardığı hesablama göstərir ki, ötən ilin eyni dövrü ilə müqayisədə əhalinin bir nəfərinin xərclədiyi aylıq vəsaitin məbləği 33,3 manat artıb.
Belə ki, ötən ilin ilk 4 ayında əhalinin bir nəfəri orta hesabla ayda 416,5 manat xərcləyib.
Onu da bildirək ki, ötən ilin ilk 4 ayında xərclənən vəsaitin 56,4%-i (235 manat) ərzaq məhsulları, içkilər və tütün məmulatlarının payına düşürdüsə, bu ilin ilk 4 ayında xərclənən vəsaitin 56,1%-i (252,4 manat) ərzaq məhsulları, içkilər və tütün məmulatlarının payına düşüb.
Elnur Əli
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью