® xəritə üzərindən əmlak axtarışını təkmilləşdirib

02.07.2026

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Azərbaycanda fəaliyyət göstərən Evonline.az daşınmaz əmlak platforması istifadəçilərin əmlak seçim prosesini daha rahat etmək məqsədilə xəritə əsaslı axtarış imkanlarını genişləndirib. Yeni funksiya vasitəsilə istifadəçilər daşınmaz əmlak elanları arasında axtarış apararkən əmlakın yerləşdiyi ərazini xəritə üzərində görə, yaxınlıqdakı metro stansiyaları, məktəblər, uşaq bağçaları, parklar, xəstəxanalar və digər mühüm obyektlər barədə məlumat əldə edə bilirlər.

Platformanın xəritə əsaslı axtarış sistemi mənzil, həyət evi, torpaq sahəsi və kommersiya obyektləri üzrə elanların yerləşdiyi ərazini vizual şəkildə təqdim edir. Bu imkan istifadəçilərə satılıq daşınmaz əmlak və kirayə mənzil elanları arasında seçim edərkən lokasiya üstünlüklərini daha rahat qiymətləndirməyə şərait yaradır.

Yeni funksiyanın əsas məqsədi istifadəçilərin yalnız əmlakın xüsusiyyətlərini deyil, həm də yerləşdiyi mühiti nəzərə alaraq daha məlumatlı seçim etməsinə dəstək olmaqdır. Xəritə üzərində təqdim olunan məlumatlar axtarış prosesini sadələşdirməklə yanaşı, istifadəçilərin gündəlik ehtiyaclarına uyğun əmlakı daha qısa müddətdə tapmasına kömək edir.

Qeyd edək ki, Evonline.az platformasında mənzil, həyət evi, bağ evi, torpaq sahəsi və kommersiya obyektlərinin icarəsi və alqı satqısı üzrə elanların yerləşdirilməsi və axtarışı üçün müxtəlif rəqəmsal həllər təqdim olunur.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью