Xəsarət alan bələdçidən sosial şəbəkə istifadəçilərinə ÇAĞIRIŞ

27.12.2024

Bakupost saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.


Aktauda təyyarə qəzasında xəsarət alan bələdçi Aydan Rəhimli sosial şəbəkə istifadəçilərinə müraciət edib.

Bakupost.az xəbər verir ki, o, videolarının musiqi ilə montaj edilərək, yayılmasına etirazını bildirib.

"Xahiş edirəm, deyin mənim videolarımı musiqi ilə montaj edərək sosial hesablarda yaymasınlar. Mən aktrisa deyiləm, bələdçiyəm, yaralarım isə göründüyündən daha dərindir", - deyə A.Rəhimli bildirib.

Qeyd edək ki, Aydan Rəhimli hazırda "Yeni Klinik"ada müalicə olunur.

Zaur, BakuPost


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью