Xəsarət alan şagirdlə bağlı TƏBİB dən AÇIQLAMA

25.04.2025

Icma.az bildirir, Bakivaxti portalına istinadən.

22.04.2025-ci il tarixində 2009-cu il təvəllüdlü şəxs (kişi cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Z.Məmmədov adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Bu barədə Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

Məılumata görə, boyunun, döş qəfəsinin, budun açıq yarası diaqnozları təyin edilən şəxsə zəruri tibbi xidmətlər göstərilib.

23.04.2025-ci il tarixində pasiyent daha ixtisaslı tibbi xidmət almaq üçün paytaxtakı tibb müəssisəsinə hospitalizasiya olunub.

Qeyd edək ki, aprelin 22-də Yeni Gəncə yaşayış massivində yerləşən Ə.Cavad adına 2 nömrəli Tam Orta Məktəbin şagirdləri arasında insident olub. F.Quliyev mübahisə zəminində xəsarət alaraq Gəncə şəhərində yerləşən xəstəxanlardan birinə yerləşdirilmişdi.

Mina Mikayılova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью