“Xəsarət alanlara tez bir zamanda şəfa arzulayırıq” AZAL

25.12.2024

Icma.az, Xalqcebhesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən xalqcəbhəsi.az-a verilən məlumatda bildirilir ki, bu gün AZAL üçün son dərəcə ağır və faciəli bir gündür. Aktau şəhəri yaxınlığında “Embraer-190” təyyarəsinin qəzaya uğraması nəticəsində həyatını itirən sərnişinlərə və ekipaj üzvlərinə Allahdan rəhmət diləyir, ailələrinə, yaxınlarına dərin hüznlə başsağlığı veririk. Onların ağrısı bizim də ağrımızdır.

Xəsarət alanlara tez bir zamanda şəfa arzulayırıq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью