“Xəsarətlər yetirilənlərdən biri artıq Azərbaycandadır”

02.07.2025

Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

"Rusiyanın əməliyyat axtarış qurumlarının əməkdaşları tərəfindən ən azı 14 nəfərin saxlanması, saxlanılan şəxslərdən 2 nəfər istisna olmaqla 12 nəfərin Azərbaycan vətəndaşı olması, onlardan ən azı 7 nəfərə qarşı fiziki zorakılıq və işgəncələtin tətbiqi müəyyən edilib".

"Cebheinfo.az"  xəbər verir ki, bunu Baş Prokurorluğun İstintaq idarəsinin rəisi Nemət Əvəzov deyib.

O bildirib ki, həmin şəxslərdən 2 nəfər dünyasını dəyişib, iki nəfərin Yekaterinburqda yerləşən xəstəxanalarda müalicəsi davam etdirilir, 1 nəfər Azərbaycana qayıdıb:

"Müstəntiqlərimiz tərəfindən onun barəsində tibbi ekspertiza təyin olunub. Rusiyada saxlanılanlardan 2 nəfər barəsində həbs qətiimkan tədbiri seçilib, 1-i isə buraxılıb".

"Cebheinfo.az" 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью