Icma.az, Azvision saytına istinadən bildirir.
"Times of India"nın yaydığı məlumata görə, bir ata böyrək xəstəliyindən əziyyət çəkən uşağına kömək etmək üçün kor qadının körpəsini oğurlayıb.
"İnsident Bhubaneşvarda baş verib. 19 aylıq bir uşaq Ram məbədi yaxınlığında qaçırılıb. Lakin tezliklə o, polis əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində xilas edilib. Adam oğurluğunda şübhəli bilinən şəxs saxlanılarkən onun Balasoredəki evində axtarışda olan körpə də tapılıb. Kişinin böyrəklərində ciddi problem olan uşağı var imiş. Bu isə cinayətin mümkün motivləri ilə bağlı suallar yaradıb",- nəşr yazıb.
Uşağın məbədin yanında dilənçiliklə məşğul olan anası Cayanti Mallik isə jurnalistlərə deyib ki, qaçırılma hadisəsi gecə saat 3 radələrində baş verib. Həmin vaxt o, 4 yaşlı qızı və oğlunun yanında yatıbmış. Yad adam onlara yaxınlaşıb və uşaqlara şirə təklif edib.
Qeyd edilib ki, polis bu qalmaqallı işi fəal şəkildə araşdırır və oğurluğun dəqiq səbəblərini müəyyən etmək üçün saxlanılan şəxsi dindirir.
Digər yerli saytlar da uşağın oğurlanmasında əsas məqsədin onun böyrəyindən istifadə olduğunu yazırlar.
Tural Tağıyev
AzVision.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik. "İnsident Bhubaneşvarda baş verib. 19 aylıq bir uşaq Ram məbədi yaxınlığında qaçırılıb. Lakin tezliklə o, polis əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində xilas edilib. Adam oğurluğunda şübhəli bilinən şəxs saxlanılarkən onun Balasoredəki evində axtarışda olan körpə də tapılıb. Kişinin böyrəklərində ciddi problem olan uşağı var imiş. Bu isə cinayətin mümkün motivləri ilə bağlı suallar yaradıb",- nəşr yazıb.
Uşağın məbədin yanında dilənçiliklə məşğul olan anası Cayanti Mallik isə jurnalistlərə deyib ki, qaçırılma hadisəsi gecə saat 3 radələrində baş verib. Həmin vaxt o, 4 yaşlı qızı və oğlunun yanında yatıbmış. Yad adam onlara yaxınlaşıb və uşaqlara şirə təklif edib.
Qeyd edilib ki, polis bu qalmaqallı işi fəal şəkildə araşdırır və oğurluğun dəqiq səbəblərini müəyyən etmək üçün saxlanılan şəxsi dindirir.
Digər yerli saytlar da uşağın oğurlanmasında əsas məqsədin onun böyrəyindən istifadə olduğunu yazırlar.
#Bhubaneswar | A 19-month-old boy, kidnapped near a temple, was rescued from a #Balasore man's residence. The child's mother, a visually impaired beggar, reported the abduction after a stranger offered juice to her children.
— The Times Of India (@timesofindia) April 15, 2025
Police are investigating the suspect, whose own child… pic.twitter.com/tmiyEin6qq
Tural Tağıyev
AzVision.az