Redaktor.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir. ABŞ-də tibb bacısına hücum edən xəstə həbs edilib.
Redaktor.az xəbər verir ki, bu barədə WPTV-TV məlumat yayıb. Hadisə Florida ştatında, Palms West xəstəxanasında baş verib.
Stiven Skantlberi adlı 33 yaşlı xəstə ona baxan işçiyə hücum edib.
Şahidlərin sözlərinə görə, kişi çarpayıya tullanıb, daha sonra zərərçəkənə hücum edib və onu döyüb.
Şahidlərdən biri kömək çağırmaq üçün qaçıb, Skantlberi isə qurbanı yerə itələyərək onun üzünə yumruq vurmağa başlayıb.
İkinci şahid onun üstünə qışqıranda isə kişi döyməyi dayandırıb və qaçıb. Xəstə daha sonra tutulub.
Tibb bacısının tibbi yardıma ehtiyacı olub və ağır vəziyyətdə vertolyotla başqa tibb müəssisəsinə aparılıb.
Kişi onun demək olar ki, bütün üz sümüklərini sındırıb və gözlərini zədələyib.