Qafqazinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Tovuz Rayon Mərkəzi Xəstəxanasının təcili tibbi yardım briqadasının ağır vəziyyətdə olan xəstə uşağı yolda köməksiz vəziyyətdə qoyduğu iddia olunur.
“Qafqazinfo” Oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə video paylaşılıb.
Bildirilir ki, hadisə dünən Tovuz rayonunda baş verib. Görüntüdə iddia olunur ki, rayon sakini olan uşaq ağır vəziyyətdə Tovuz RMX-yə aparıl
Lakin həkimlərin müdaxiləsinə baxmayaraq, xəstənin vəziyyəti daha da ağırlaşıb və onun Bakıya göndərilməsinə qərar verilib.
Bu məqsədlə Tovuz Rayon Mərkəzi Xəstəxanası azyaşlını təcili tibbi yardım briqadası ilə Bakıya yola salıb.
Lakin briqada yolda uşağın vəziyyətinin ağırlaşdığını görərək Bakıya getməkdən imtina edib.
Həkimlər xəstəni qarlı hava şəraitinə baxmayaraq, Şəmkir rayonu ərazisində avtomobildən düşürüb və geri qayıdıb.