Xəstəlik vərəqəsi SİMA ilə alınmalıdır? AÇIQLANDI

23.04.2025

Bakivaxti saytından alınan məlumata görə, Icma.az bildirir.

Elektron xəstəlik vərəqəsi almaq üçün SİMA imzası tələbi yalnız həkimlər üçündür.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rəqəmsal Səhiyyə Mərkəzinin mütəxəssisi Sevinc Məhərrəmova canlı yayım zamanı məlumat verib.

Onun sözlərinə görə, həkimlər normal xəstəlik vərəqəsində atdıqları imzanı elektron formada SİMA vasitəsilə həyata keçirirlər.

“Elektron xəstəlik vərəqəsi pasiyentlərin işini minimuma endirmək və asanlaşdırmaq məqsədi daşıyır”, – deyə Məhərrəmova vurğulayıb.

Mina Mikayılova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью