Icma.az, Azxeber.com portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Azərbaycanda xəstəliklərin ümumi strukturunda qeyri-infeksion xəstəliklərin payı artır. Qeyri-infeksion xəstəliklər dedikdə ürək-damar xəstəlikləri, şəkərli diabet, onkoloji, tənəffüs sistemi xəstəlikləri və s. nəzərdə tutulur.
AZXEBER.COM Xezerxeber.az-a istindən xəbər verir ki, bu tendensiya təkcə Azərbaycanda deyil, dünyada da müşahidə olunur. Qeyri-infeksion xəstəliklər bir çox hallarda ilkin mərhələdə heç bir əlamət göstərmədən inkişaf edir. Aşkarlandıqda isə uzunmüddətli müalicə və davamlı tibbi nəzarət tələb edir.
Mütəxəssislər erkən diaqnostikanın əhəmiyyətini xüsusi vurğulayırlar. Çünki xəstəliyin vaxtında aşkarlanması onun ağırlaşmalarının qarşısını almağa və müalicənin daha effektiv aparılmasına kömək edə bilər.