Xəstəliyi erkən mərhələdə aşkarlayan AĞILLI QƏLƏM AŞKARLANDI

18.07.2025

News24 saytından verilən məlumata görə, Icma.az xəbər verir.

ABŞ-ın UCLA Universitetində Samueli Mühəndislik Məktəbinin alimləri Parkinson xəstəliyini erkən mərhələdə aşkarlamaq üçün süni intellektlə dəstəklənən xüsusi qələm hazırlayıb. 3D printerlə istehsal olunan bu “ağıllı qələm”, xəstəliyi əl yazısının analizi ilə müəyyən edə bilir.

Bu barədə News24.az CNN Türk-ə istinadən deyib. 

Qələmin içindəki sensor sistemlər istifadəçinin yazı zamanı etdiyi incə hərəkətləri elektrik siqnallarına çevirir. Bu siqnallar süni intellektlə təhlil olunaraq erkən Parkinson əlamətləri aşkarlanır.

16 nəfərin iştirak etdiyi ilkin testlərdə qələm 96% dəqiqliklə xəstəliyi müəyyən edə bilib. Alimlər bu texnologiyanın ucuz, dəqiq və əlçatan olması sayəsində geniş istifadə üçün potensial daşıdığını bildirirlər.

Xeyrənsə Piriyeva

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью