Xəstəliyinə görə sevgilisinin ondan ayrıldığı deyilir

14.08.2026

Axsham.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Müğənni Selena Qomez və prodüser Benni Blanko ilə bağlı yeni ayrılıq iddiası ortaya atılıb.

Axşam.az xəbər verir ki, iddiaya əsasən, Blanko Qomezin uzun müddətdir mübarizə apardığı lupus xəstəliyi səbəbilə münasibətlərinin gələcəyi ilə bağlı narahatlıq yaşayıb və ayrılmaq qərarına gəlib.

Benni ilə ayrılıq iddiası sosial şəbəkələrdə qısa zamanda müzakirələrə səbəb olub. Selenanın pərəstişkarları sənətçiyə dəstək mesajları göndəriblər.

Bir çox izləyici müğənninin şəxsi həyatından daha çox səhhətinə və özünü yaxşı hiss etməsinə diqqət yetirməli olduğunu vurğulayıb.

Qeyd edək ki, Selena Gomez bir müddət əvvəl səhhəti ilə bağlı açıqlamalarında lupus xəstəliyindən əziyyət çəkdiyini bildirib. Xroniki autoimmun xəstəlik olan lupus immun sisteminin orqanizmin öz toxumalarına hücum etməsinə səbəb ola bilər.

Selena  və Benni münasibətlərini ictimaiyyətə açıqladıqları vaxtdan etibarən tez-tez dünya mediasının gündəmində olublar. Cütlüyün şəxsi həyatı ilə bağlı yeni iddiaların doğru olub-olmadığı isə hələlik məlum deyil.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью