Icma.az bildirir, Redaktor.az portalına istinadən.
Bakıda klinika şəraitindən kənarda liposaksiya əməliyyatı edilib.
Redaktor.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə qadının üzərində anesteziya tətbiq edilmədən əməliyyat aparıldığı görülür.
Bundan başqa, heç bir sanitar-gigiyena qaydalarına əməl olunmayan ortamda edilən əməliyyat zamanı içəri kənar şəxsin də daxil olduğu görülür.
Qeyd edək ki, əməliyyatın hansı həkim tərəfindən edildiyi və görüntülərin nə vaxta aid olması ilə bağlı dəqiq məlumat yoxdur.