Xəstəxana rəsmisi: Zərərçəkənlərdən 14 nəfəri azərbaycanlıdır AZƏRTAC

25.12.2024

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Aktau, 25 dekabr, AZƏRTAC

Aktauda təyyarə qəzası nəticəsində xəsarət alan şəxslərin identifikasiyası üzrə iş aparılır.

AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Manqustau regional xəstəxanasının Tibb xidmətinin keyfiyyəti departamentinin rəhbəri Janer Baymanova bildirib.

Onun sözlərinə görə, saat 12.07-dən başlayaraq aviaqəza nəticəsində xəsarət alan şəxslərin müalicə müəssisəsinə gətirilməsinə başlanıb. Xəstəxanaya gətirilən 27 xəstədən 11 nəfərinin vəziyyəti ağır qiymətləndirilir: "16 nəfər müxtəlif şöbələrə yerləşdirilib. Onlar neyrocərrahiyyə, cərrahiyyə və travmatologiya şöbələrindədir", - deyə o, bildirib.

Baymanovanın sözlərinə görə, zərərçəkənlərlə psixoloqlar da işləyir: "Zərərçəkənlərdən 14 nəfəri azərbaycanlıdır".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью