Xəstəxanada dəhşət: Hamilə qadına ölmüş ərinin qanlı çarpayısını təmizlətdirdilər

04.11.2024

Sonxeber.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Xəstəxanada dəhşət: Hamilə qadına ölmüş ərinin qanlı çarpayısını təmizlətdirdilər

Hindistanın Madhya Pradeş əyalətinin Dindori bölgəsində hamilə qadın dünyasını dəyişən ərinin qanlı xəstəxana çarpayısını təmizləməyə məcbur edilib.

Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, cümə axşamı axşam Lalpur Sani kəndində 40 yaşlı Şivraj Maravi və ailəsi torpaq mübahisəsinə görə 25 nəfərlik qrup tərəfindən hücuma məruz qalıb və dava zamanı yaralanıb.

Şivraj qısa müddət sonra müalicə üçün aparıldığı Qardasari Sağlamlıq Mərkəzində vəfat edib.

Onun beş aylıq hamilə olan həyat yoldaşı Roşnini ərinin ölümündən dərhal sonra qanlı xəstəxana çarpayısını təmizləməyə məcbur ediblər.

Aidiyyatı qurumlar bu əməli törədən həkimi və iki tibb bacısını işdən çıxarıb.


Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью