Axsham.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Türkiyəli müğənni Tarık Mengüç appendisit şübhəsi ilə xəstəxanaya yerləşdirilib.
Axşam.az xəbər verir ki, müayinələr zamanı onun bağırsağında şiş aşkarlanıb. Aparılan patoloji müayinənin nəticəsi isə təmiz çıxıb.
Tarık Mengüçün həyat yoldaşı Funda Mengüç kütlədə xərçəng hüceyrəsinə rast gəlinmədiyini açıqlayıb.
Patoloji nəticənin yaxşı olduğunu öyrənən müğənni göz yaşlarını saxlaya bilməyib.