Xəstəxanada olan Şeyx Əbdül: Yeddi oğul istərəm də aldığım xəsarət...

30.01.2026

Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi, ötən gün Xalq artisti, kinorejissor Şeyx Əbdül Mahmudov xəstəxanaya yerləşdirilib. Bu barədə Xalq artistinin özü məlumat verərək səhhətində başqa problemlərin də yarandığını bildirib.  

“Cebheinfo.az” Xalq artisti ilə əlaqə saxlayaraq səhhəti ilə maraqlanıb.  

Şeyx Əbdül bildirib ki, bu gün bütün analizləri verib:

“Bəlli oldu ki, mənim kovidlə bağlı broxlarımda yaranmış problemlərdən əlavə on iki barmaq bağırsaqda, mədəmdə xora var. Eyni zamanda, prostat vəzində bəzi problemlər yaranıb. Belimdəki hissiyyatın itməsi isə tarvma ilə bağlıdır. Çünki mən “Yeddi oğul istərəm” filmində ciddi travma almışdım. Həkimlərin konsiliumu keçirildi və bildirdilər ki, ilk növbədə bronxları, prostat problemini yoluna qoyaq, axırıncı mərhələdə Türkiyədən belimdəki problemlə bağlı mütəxəssis dəvət edəcəklər.

Hazırda intensiv surətdə müalicə edirlər. Özəl klinika da olsa, dövlət nəzarətindədir.  Hospitalda  çox yüksək  diqqət və qayğı göstərirlər. Problem sadəcə müalicənin vaxtındadır. Mənim həkimim də sabah Azərbaycana qayıdır. Ondan sonra bu xəstəlikləri yoluna qoya bilsək, son mərhələ belimdəki problemin həllinə çalışılacaq. Çünki mənim sağ tərəfimdə quruma gedir. Bir az ayağım, belim işləmir. Ancaq bütün ümid və yalvarışım Allahadır ki, onun xeyir-duası olsun və həkimlər iş görə bilsinlər”.

Nigar Abdullayeva
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью