Xəstəxanada olduğu deyilən Xaçaturyan: Bu şayiələri yayanlar...

12.11.2024

Icma.az, Publika.az portalına istinadən məlumatı açıqlayır.

Ermənistan Prezidenti Vaaqn Xaçaturyan xəstəxanaya yerləşdirilməsi ilə bağlı yayılan xəbərlərə reaksiya verib.

Publika.az bildirir ki, o, barəsində yayılan məlumatları təkzib edib.

"Bu şayiələri yayanlar yalnız mənim ailəmi və dostlarımı narahat etdilər. Xəstəxanaya kimin aparıldığını bilmirəm, amma bu, mən deyiləm", - Xaçaturyan qeyd edib.

Xatırladaq ki, Ermənistan Prezidenti Vaaqn Xaçaturyanın ürəyində yaranan problemə görə xəstəxanaya yerləşdirildiyi bildirilirdi.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью