Yenisabah saytından verilən məlumata görə, Icma.az xəbər verir.
ABŞ-ın Nyu York ştatında yerləşən Westbury şəhərində dəhşətli hadisə baş verib.
Yenisabah.az xəbər verir ki, şəxsi tibb mərkəzlərindən biri olan “Nassau Open MRI”də maqnetik rezonans (MR) cihazı 61 yaşlı kişini özünə çəkib.
Hadisə nəticəsində ağır xəsarət alan şəxs xəstəxanaya yerləşdirilsə də, həyatını xilas etmək mümkün olmayıb.
Polisdən verilən açıqlamaya görə, kişi boynunda metal zəncir taxılı vəziyyətdə MR otağına daxil olub.
Həmin vaxt cihaz işlək vəziyyətdə olduğundan güclü maqnit təsiri ilə zəncir aparata doğru çəkilib və bunun nəticəsində şəxs cihazın içərisinə sürüklənib.
Qəfil baş verən bu hadisə ağır travmaya səbəb olub. Həkimlərin bütün səylərinə baxmayaraq, kişi ertəsi gün xəstəxanada dünyasını dəyişib.
Toyuqlu pizza Xatırladaq ki, MR cihazları güclü maqnit sahəsi ilə işləyir və bu səbəbdən bu tip avadanlıqların yaxınlığında metal əşyalarla olmaq qəti şəkildə qadağandır.