Xəstəxanada səsküy salan həkim 100 manat cərimələndi

15.01.2025

Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Qəbələ Rayon Mərkəzi Xəstəxanasının həkimi inzibati məsuliyyətə cəlb edilib.

"Cebheinfo.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, xəstəxananın həkim-stomatoloqu 1985-ci il təvəllüdlü Rəsul Kərimov (şərti soyad) barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (Xırda xuliqanlıq) maddəsi ilə protokol tərtib edilib.

Məlum olub ki, həkim iş vaxtı xəstəxananın mühafizəçisinə davranışları ilə bağlı söz atıb və aralarında münaqişə yaranıb. Münaqişə zamanı təhqiramiz ifadələr işlədilib.

Mühafizəçinin şikayəti əsasında stomatoloq barəsində tədbir görülüb və o saxlanılıb. 

Saxlanılan həkim daha sonra Qəbələ Rayon Məhkəməsinə göndərilib. Məhkəmə onu 100 manat cərimə edərək sərbəst buraxıb.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью