Xəstəxanada yanğın baş verdi Ölən və xəsarət alanlar var

13.12.2024

Avtosfer saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Hindistanın Tamil Nadu ştatının cənubunda yerləşən Dindiqul şəhərindəki özəl klinikada baş verən yanğın nəticəsində ən azı altı nəfər ölüb, 32 nəfər xəsarət alıb.

Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bu barədə “The Hindu” nəşri məlumat yayıb.

Məlumata görə, yanğın dekabrın 12-də gecə saatlarında dördmərtəbəli xəstəxana binasında baş verib.

Bildirilib ki, altı nəfər liftdə tüstüdən zəhərlənərək ölüb. Zərərçəkənlər xəstəxanaya çatdırılıb, digər xəstələr təxliyə edilib.

Yanğının səbəbləri araşdırılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью