Xəstəxanada yanğın ölənlər var

13.12.2024

Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.

Hindistanın Tamil Nadu ştatının cənubunda yerləşən Dindiqul şəhərindəki özəl klinikada baş verən yanğın nəticəsində ən azı altı nəfər ölüb, 32 nəfər xəsarət alıb.

Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bu barədə “The Hindu” nəşri məlumat yayıb.

Məlumata görə, yanğın dekabrın 12-də gecə saatlarında dördmərtəbəli xəstəxana binasında baş verib.

Bildirilib ki, altı nəfər liftdə tüstüdən zəhərlənərək ölüb. Zərərçəkənlər xəstəxanaya çatdırılıb, digər xəstələr təxliyə edilib.

Yanğının səbəbləri araşdırılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью