Xəstəxanalara 1.8 milyarda yaxın büdcə ayrılıb TƏBİB rəsmisi

18.12.2024

Icma.az, Metbuat portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Regionlarda səhiyyə sistemi ilə bağlı problemlər var".

Metbuat.az Trend-ə istinadən xəbər verir ki, TƏBİB-in İcraçı direktorunun müavini Araz Nəsirov “Səhiyyə İdarəçiləri Zirvəsi 2024” tədbiri zamanı çıxış edərkən deyib.

O bildirib ki, regionlarda ciddi həkim çatışmazlığı var.

"Çünki həkimlərin 60-70 faizi Bakıda cəmləşib. Bu problemləri həll etmək üçün regionlarda ürək mərkəzləri, onkoloji mərkəzlər yaratmışıq. İnanırıq ki, bunlar regionlarda həkimlərin artmasına kömək edəcək", - o əlavə edib.

Onun sözlərinə görə, TƏBİB tabeli xəstəxanalara bu gün 1.8 milyarda yaxın büdcə ayrılıb.

"Hazırda 90 tibb müəssisəsi var, onlardan 25-i özünü maliyyələşdirir, digərlərinin də gələcəkdə maliyyələşdirməsi nəzərdə tutulub", - o bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью