Xəstəxanalarda bitməyən növbələr... Pasiyentlər həkim otağının qapısında niyə saatlarla gö…
Bizimyol portalından alınan məlumata görə, Icma.az xəbər verir. Azərbaycanın ən çox şikayət edilən sahələrindən biri səhiyyədir.
Vətəndaşların böyük əksəriyyəti xəstəxanaya düşəndə ilk gördüyü mənzərə “müalicə otağı” yox, sonsuz növbələrdir.
Bəzən saatlarla, bəzən günlərlə gözləmək lazım gəlir. Bəs niyə belədir?
İlk problem: Kadr çatışmazlığı Həkimlərin sayı pasiyentlərin sayına uyğun deyil.
Xüsusən də dövlət xəstəxanalarında bir həkimə düşən xəstə sayı çox yüksəkdir.
Gündə onlarla pasiyenti qəbul edən həkim həm yorulur, həm də hər kəsə vaxt ayıra bilmir. Nəticədə uzun növbələr yaranır.
İkinci problem: Qeydiyyat və sistemsizlik Xəstəxanaların çoxunda onlayn qeydiyyat sistemi ya işləmir, ya da sadəcə formal xarakter daşıyır.
Əksər insanlar səhər tezdən növbə tutmaq üçün xəstəxananın qarşısına toplaşır.
Tam oxu
Xəbəri oxu