Xəstəxanalarda elektron qeydiyyatdakı problemin səbəbi bilindi

19.12.2024

Icma.az, Olke.az saytına istinadən bildirir.

Bəzi tibb müəssisələrinin elektron qeydiyyat sistemində fasilə yaranıb.

Bu barədə Ölkə.Az-a TƏBİB-dən məlumat verilib.

"19.12.2024-cü il tarixində səhər saatlarından ölkə üzrə internet təminatını həyata keçirən provayderlərin birində texniki nasazlıq yaranması səbəbindən bəzi tibb müəssisələrinin elektron qeydiyyat sisteminin fəaliyyətində fasilələr qeydə alınıb.  

Problemin qısa müddətdə aradan qaldırılması istiqamətində internet provayderi tərəfindən işlər həyata keçirilir" - məlumatda deyilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью