Xəstəxanalarda növbələrlə bağlı AÇIQLAMA GENİŞLƏNDİRİLƏCƏK

08.09.2026

Icma.az, Baku.ws portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Dövlət tibb müəssisələrində pasiyentlərin gözləmə müddətinin azaldılması məqsədilə onlayn növbə sisteminin tətbiqi genişləndiriləcək.

BAKU.WS-in Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə(TƏBİB) ünvanladığı sorğuya cavab olaraq bildirilib ki, hazırda bir sıra TƏBİB tabeli tibb müəssisələrində elektron növbə sistemi mövcuddur. Bununla yanaşı, pasiyent axınının daha səmərəli idarə olunması və həkim qəbulunun daha rahat təşkili üçün onlayn növbə sistemi tətbiq edilir.

Qeyd olunub ki, 2026-cı ilin sonunadək pasiyent sıxlığının yüksək olduğu tibb müəssisələrində onlayn növbə sisteminin qurulması nəzərdə tutulur. Hazırda bu istiqamətdə təhlillər və hazırlıq işləri aparılır, təşkilati məsələlər həll edilir.

Hazırda TƏBİB-in tabeliyində olan 7 tibb müəssisəsində onlayn növbə sistemi aktivdir. Bunlar Yeni Klinika, Abşeron Rayon Mərkəzi Xəstəxanası, Kliniki Tibbi Mərkəz, Nizami Tibb Mərkəzi, Xətai Tibb Mərkəzi, Respublika Endokrinoloji Mərkəz və Mərkəzi Neftçilər Xəstəxanasıdır.

Şahanə Xankişiyeva

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью