Xəstəxanalardakı “qəssablara bıçağı kim verir? Nazirlik diplomsuz həkim sualından yayındı …
Icma.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq. Son günlər bəzi estetik həkimlərin diplomsuz çalışdığı iddia olunur.
Onlardan biri də “AzE Estetik Mərkəz” MMC-nin direktoru Ülviyyə İlyasovadır.
Belə ki, diplomu olmadığı deyilən Ü.İlyasovanın 14 noyabr tarixində qanunsuz apardığı cərrahi əməliyyat zamanı bir qadın ölüb.
Hər kəsi iki sual düşündürür: 1. Səhiyyə Nazirliyi bununla bağlı tədbir görəcəkmi? 2.
Diplomsuz həkimlərə bu icazəni kim, hansı rəsmi qurum verir? Məsələ ilə bağlı Globalinfo.az Səhiyyə Nazirliyinə sorğu ünvanlayıb.
Nazirlikdən saytımıza bildirilib ki, məsələ cinayət tərkibli olduğundan bu hadisəni hüquq-mühafizə orqanları araşdırır.
Bundan başqa, araşdırmaların nəticəsi barədə məlumatları istintaq orqanının açıqlaya biləcəyi qeyd edilib: “Əlavə olaraq qeyd etmək istərdik ki, cərrahların çalışdığı müəssisələrdə tibbi xidmətin göstərilməsinə nəzarət, Səhiyyə Nazirliyinin müvafiq qurumları tərəfindən plan üzrə, həmçinin daxil olan şikayət və təqdimatlar əsasında digər qurumlarla birlikdə plandankənar yoxlamalar şəklində aparılır.
Nəzarət tədbirləri zamanı nöqsanlar aşkar olunduqda müvafiq qanunvericilkdə nəzərdə tutulan qaydada inzibati tənbeh tədbirləri (inzibati cərimə) görülür, təkrar aşkar edildikdə əlavə tədbirlər həyata keçirilir.
Tam oxu
Xəbəri oxu