Xəstəxanaların elektron qeydiyyat sistemində PROBLEM

19.12.2024

Icma.az, Modern.az saytına istinadən bildirir.

Bu gün səhər saatlarından ölkə üzrə internet təminatını həyata keçirən provayderlərin birində texniki nasazlıq yaranması səbəbindən bəzi tibb müəssisələrinin elektron qeydiyyat sisteminin fəaliyyətində fasilələr qeydə alınıb.

Modern.az xəbər verir ki, bu barədə TƏBİB-in məlumatında qeyd olunub.

Bildirilib ki, problemin qısa müddətdə aradan qaldırılması istiqamətində internet provayderi tərəfindən işlər həyata keçirilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью