Xəstəxananın həyətində yaşayan 70 yaşlı qoca çarəsiz durumda: Dövlətdən kömək istəyir VİDEO

01.01.2025

Icma.az bildirir, Sitat.info saytına əsaslanaraq.

Maştağa rayonunda, 14 saylı Təcili Tibbi Yardım Stansiyasının həyətində 70 yaşlı qoca çarəsiz durumda qalıb.

Bu barədə "Sitat.info"ya həmin ətrafda yaşayan sakinlər danışıb.

Bildiriblər ki, ahıl yaşda olan kişinin səhhəti ilə bağlı ciddi problem var. Ayaqlarında qanqrena var.

Sakinlər kimsəsiz qocanın dövlət himayəsinə alınmasını xahiş edirlər. 

"Bir həftədən artıqdır ki, bir neçə xəstəxanaya aparsaq da, heç kim  xəstənin müalicəsi ilə maraqlanmır. İndi soyuq havada xəstəxananın həyətində qalır. 

Ayaqlarındakı problem getdikcə dərinləşir. Xahiş edirik, hər hansı xəstəxana qocanı qəbul eləsin, aidiyyatı dövlət qurumu onu himayəsinə götürsün".

Sitat.info kimsəsiz və çarəsiz qocanın videomüraciətini təqdim edir:

Sitat.info

@sitat.info

Ahıl yaşlı kişi çarəsiz durumda ♬ original sound - Sitat tv

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью