Xəstəxanaya aparılan 8 yaşlı qız yolda öldü

22.11.2024

Icma.az bildirir, Bakivaxti saytına əsaslanaraq.

Bakıda 8 yaşlı qız xəstəxanaya aparılarkən vəfat edib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə dünən səhər saatlarında Sabunçu rayonu Maştağa qəsəbəsində baş verib.

Yaşadığı evdə halı pisləşən 2016-cı il təvəllüdlü Aylin İslam qızı Məmmədova xəstəxanaya aparılarkən yolda ölüb.

Onun talassemiya xəstəliyindən əziyyət çəkdiyi bildirilir.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью