Xəstəxanaya aparılan 8 yaşlı qız yolda öldü

22.11.2024

Olke.az saytına istinadən Icma.az xəbər verir.

Bakıda 8 yaşlı qız xəstəxanaya aparılarkən vəfat edib.

Ölkə.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə dünən səhər saatlarında Sabunçu rayonu Maştağa qəsəbəsində baş verib.

Yaşadığı evdə halı pisləşən 2016-cı il təvəllüdlü Aylin İslam qızı Məmmədova xəstəxanaya aparılarkən yolda ölüb.

Onun talassemiya xəstəliyindən əziyyət çəkdiyi bildirilir.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью