Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.
Sumqayıtda 25 yaşlı qadın ölüb.
Bakıvaxtı.az oxu.az-a istinadla xəbər verir ki, hadisə şəhərin Hacı Zeynəlabdin qəsəbəsində baş verib. Yaşadığı evdə qəsəbə sakini, 2001-ci il təvəllüdlü Fəxriyyə Zaur qızı Məmmədovanın halı qəfil pisləşib. O, təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aparılarkən yolda ölüb.