Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Aktrisa Bricit Bardo ağır xəstəlik səbəbindən əməliyyat olunduqdan sonra tədricən sağalır.
Oxu.Az bu barədə Fransa mətbuatına istinadən xəbər verir.
Bardonun Tulon xəstəxanasına yerləşdirildiyi qeyd edilir.
Sentyabrın 28-də kino ulduzunun 91 yaşı tamam olub.
Bundan əvvəl KİV Bardonun üç həftədir ki, özəl Sen-Jan xəstəxanasında olduğunu yazıblar. Onun ağır xəstəlik səbəbindən əməliyyat olunduğu bildirilib. Aktrisanın xəstəliyi açıqlanmayıb.