Xəstəxanaya yerləşdirilən Nəriman Həsənzadənin SON DURUMU

16.07.2026

Icma.az, Bizim media portalına istinadən məlumat verir.

Xalq şairi Nəriman Həsənzadənin səhhəti ilə bağlı son vəziyyət açıqlanıb.
Bizim.Media “Musavat.com”a istinadla xəbər verir ki, Xalq şairinin köməkçisi Arif Mehmandost Nəriman Həsənzadənin vəziyyətinin ağır olaraq qaldığını bildirib.
Onun sözlərinə görə, şair hazırda da reanimasiya şöbəsində müalicəsini davam etdirir :
“Vəziyyəti ağır-stabil olaraq qalır. Huşu üstündədir, danışır. Amma hələ bir irəliləyiş yoxdur. Həkimlər gözləyir”.
Qeyd edək ki, Nəriman Həsənzadə Mərkəzi Klinikada müalicə alır. O, xroniki orqan çatışmazlığı diaqnozu ilə tibb müəssisəsinə yerləşdirilib.
Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью