Icma.az, Olke.az saytına istinadən bildirir.
Bir neçə gün əvvəl xəstəxanaya yerləşdirilən Xalq artisti, tanınmış kinorejissor və aktyor Şeyx Əbdül Mahmudovun son durumu bəlli olub.
Ölkə.Az-a danışan xalq artisti özəl xəstəxanalardan birində müalicəsinin davam etdiyini söyləyib.
“Artıq 3 sutkadır müalicə alıram. Hələlik evə buraxmırlar. Həkimlərin nə deyəcəyi 5-10 günə bəlli olacaq”, - deyə o söyləyib.
Qeyd edək ki, Ə.Mahmudov bundan əvvəl ev şəraitində müalicəyə cəhd etdiyi üçün səhhəti ağırlaşdığını deyib. 81 yaşlı aktyor koronavirusdan sonra bronxlarında ciddi problem yarandığını, həmçinin mədə xorası və prostat vəzinin iltihabından əziyyət çəkdiyini bildirib.
Billurə