Xəstəxanaya yerləşdirilən Zaur Rzayevdən XƏBƏR VAR

11.09.2026

Bakivaxti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Xəbər verildiyi kimi, Xalq artisti Zaur Rzayev xəstəxanaya yerləşdirilib.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Bakıvaxtı-ın sorğusuna cavab olaraq bildirilib ki,  hazırda Xalq artistinin müalicəsi Mərkəzi Neftçilər Xəstəxanasında davam etdirilir:

"Mərkəzi Neftçilər Xəstəxanasının müvafiq şöbəsində müalicəsi davam etdirilən 1952-ci il təvəllüdlü pasiyentin (kişi) vəziyyəti stabil qiymətləndirilir.

Qeyd edək ki, 1952-ci il təvəllüdlü şəxs (kişi) 05.09.2026-cı il tarixində saat 20:50 radələrində Mərkəzi Neftçilər Xəstəxanasının Qəbul şöbəsinə hospitalizasiya olunub.

Qaraciyər sirrozunun dekompensasiya mərhələsi, assit və qaraciyər ensefalopatiyası diaqnozu təyin olunan pasiyentə zəruri tibbi xidmətlər göstərilib", - deyə məlumatda qeyd olunub. 

Günəş Mərd

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью