Xəstəxanaya yerləşdirilmiş aktyorun səhhəti necədir? (AÇIQLAMA)

05.03.2025

Icma.az, Qaynarinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Musiqili Teatrın aktyoru Möylə Mirzəliyevin vəziyyəti orta-ağır olaraq qalır.

Bu barədə Qaynarinfo-ya Yeni Klinikadan məlumat verilib.

Məlumata görə, aktyorun səhhətinin qaydasına düşməsi üçün həkim heyəti əlindən gələni edir:

"Xəstəyə süsttetraparez diaqnozu qoyulub, yəni yuxarı və aşağı ətrafların iflici. O, uzun müddətdir ki, həm də şəkər xəstəsidir. Ona görə aşağı ətraflarda amputasiya nəzərdə tutulub, barmaqlar kəsilib. Ümumi durumu orta-ağırdır". 

Xatırladaq ki, Akademik Musiqili Teatrın aktyoru Möylə Mirzəliyevin səhhətində problemlər yaranıb. Aktyor fevralın 14-də "EGE Hospital"da spinal stenoz (bel kanalının daralması-red.) diaqnozu ilə əməliyyat olunub. Əməliyyatdan sonra aktyor hərəkət qabiliyyətini tamamilə itirib. 

Bahar Rüstəmli


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью