Xəstəyə gedən təcili yardımın sürücüsü yolda həyatını itirdi

28.09.2026

Icma.az bildirir, Gununsesi saytına əsaslanaraq.

Sumqayıtdan Masazıra ağır vəziyyətdə olan xəstənin ünvanına gedən təcili tibbi yardım avtomobilinin sürücüsü İsmayıl Məmmədov həyatını itirib.

Gununsesi.info  lent.az-a istinadla xəbər verir ki, sürücü həkim briqadasını xəstənin yanına çatdırdıqdan sonra sükan arxasında vəfat edib.

Paylaşımlarda bildirilir ki, İ.Məmmədov yol boyu ürəyində ağrı hiss etsə də, əvvəlcə briqadanı çağırış yerinə çatdırmaq istəyib.

Həkimlər xəstəyə yardım göstərib avtomobilə qayıdanda sürücünün həyatını itirdiyini görüblər. Onun ürəktutmadan vəfat etdiyi bildirilir.

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью