Xesus "Qalatasaray"a keçir

16.01.2025

Icma.az bildirir, Bakupost portalına istinadən.


Hücum xəttini gücləndirmək istəyən "Qalatasaray"ın Mikautadzeni transfer çəhdləri heç bir nəticə verməyib. Bu səbəbdən "sarı-qırmızılılar" "Botafoqonun" gənc hücumçusu İqor Xesusun transferini reallaşdırmaq istəyir.

Bakupost.az -ın "Sabah”a istinadən xəbərinə görə, “Qalatasaray”ın Braziliya Liqası komandalarından “Botafoqo”da çıxış edən İqor Xesusla maraqlandığı bildirilib.

İngiltərə komandalarının da izlədiyi futbolçunun qiymətinin 15 milyon avrodan çox olduğu bildirilir.

Bu mövsümün əvvəlində ölkəsinə qayıdan və "Botafoqo" ilə müqavilə imzalayan İqor Xesus karyerası ərzində 168 matçda 68 qol vurub, 27 məhsuldar ötürmə edib.


Elgün, BakuPost


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью