“Xetafe” azlıqda qalsa da, məğlubiyyətdən xilas oldu

20.10.2026

Idman.biz saytından alınan məlumata görə, Icma.az bildirir.

İspaniya La Liqasının doqquzuncu turunda “Xetafe” doğma meydanda “Rayo Valyekano” ilə 1:1 hesablı heç-heçə edib.

İdman.Biz xəbər verir ki, meydan sahibləri oyunun böyük hissəsini azlıqda keçirmələrinə baxmayaraq, məğlubiyyətdən xilas olmağı bacarıblar.

Qonaqlar 11-ci dəqiqədə Alvaro Qarsiyanın qolu ilə hesabı açıblar.

29-cu dəqiqədə Cenenin qırmızı vərəqə alması “Xetafe”nin vəziyyətini daha da çətinləşdirib və komanda fasiləyə qədər azlıqda qalıb.

Bununla belə, meydan sahibləri ikinci hissədə tarazlığı bərpa ediblər. 57-ci dəqiqədə Martin Satriano fərqlənərək hesabı bərabərləşdirib.

Qalan dəqiqələrdə “Rayo Valyekano” say üstünlüyündən yararlana bilməyib və qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb.

İdman.Biz
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью