Icma.az, Yenigundem saytına istinadən bildirir. Xətai rayonundakı M.Hadi, N.Tusi, Mehmandarov küçələrində, Əhmədli kəndinə gedən yol tullant
Natəmizlikdən ərazi sahibsiz heyvanların məskəninə çevrilib.
Yağış yağandan sonra vəziyyət daha dözülməz həddə çatır, tullantılar yağış suyuna qarışıb küçəboyu yayılır, həyətlərə dolur.
“İlin bütün fəsillərində vəziyyət belədir, tullantılar vaxtlı-vaxtında daşınmır”, – Xətai rayon sakinləri XALQ.AZ -a bildirib ki, icra hakimiyyətinə, bələdiyyələrə dəfələrlə müraciət etsəkdə gəlib yığışdırıb gedirlər bir həftə sonra eyni vəziyyət yaranır.
Sakinlərin sözlərinə görə, məişət tullantılarının atılması üçün zibil qutuları qoyulub, amma qutular tələbatı ödəyə bilmir.
Çünki yaxınlıqdakı şadlıq sarayının və böyük marketlərin tullantıları da bura atılır.
Məsələ ilə bağlı icra hakimiyyətindən və bələdiyyədən heç bir açıqlama almaq mümkün olmadı.
Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyindən isə telefon zənglərimizə cavab verilmədi.