Xətai Məhkəməsi ağır durumda olan qazini ev dustaqlığına buraxacaqmı?

13.05.2025

Icma.az, Gununsesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bir neçə gün əvvəl xuliqanlıq ittihamı ilə həbs edilən 44 Günlük Vətən Müharibəsinin qazisi, Gənc Qazilər Birliyinin sədri Hacı Vəliyev ev dustaqlığına buraxılmasını istəyir.

Bu barədə Gununsesi.info-ya onun vəkili Aqil Layic bildirib.

“Mayın 14 də  müharibə əlili, bir gözünü itirmiş, digər gözünün sadəcə 5 faiz görmə qabiliyyəti qalmış, ba şında qəlpə qalan, hazırda hər iki gözündən irin gələn, müharibədə kontuziya almış, hazırda psixatiriya mərkəzinə yerləşdirilmiş, reabiltasiyaya-xüsusi müalicəyə ehtiyacı olan Hacı Vəliyevin ev dustaqlığına dair verdiyimiz vəsatətə, saat 11:30-da Xətai Məhkəməsində baxılacaq. Onsuz da sağlamlığını itirən Hacının xüsusi reabilitasiyaya ehtiyacı var”.

Günay 

Gununsesi.info 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью