Xətai rayonunda binaların həyəti baxımsız vəziyyətdə (VİDEO)

17.09.2026

Qaynarinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Budanmamış ağaclar, antisanitariya, sağa-sola səpilmiş butulkalar...

Baxımsız vəziyyətdə olan bu ərazi Xətai rayonu Xudu Məmmədov küçəsi 21-dir. Sakinlər deyirlər ki, bu həyət əvvəllər gözəl park olub.

Bir qisim sakin isə deyir ki, baxımsız olduğundan əraziyə tüfeyli həyat tərzi sürən şəxslər də yığışır.

Məsələ ilə bağlı Xətai İcra Hakimiyyətindən "Xəzər Xəbər"ə bildirilib ki, rayonda aparılan quruculuq tədbirləri çərçivəsində bu həyətin də mərhələli şəkildə abadlaşdırıması nəzərdə tutulur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью