Xətai rayonunda çoxmərtəbəli binada LİFT problemi Sakinlər üç həftədir piyada qalxır

24.04.2025

Baku.ws saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Xətai rayonu, Babək prospekti 90 ünvanında yerləşən yaşayış binasının 3-cü blokunda lift problemi yaşanır.

Sakinlər BAKU.WS-ə bildirib ki, lift artıq üç həftədən çoxdur ki, işləmir. Onlar məsələ ilə bağlı aidiyyəti qurumlara dəfələrlə müraciət etsələr də, problemi aradan qaldırmaq istiqamətində ciddi addım atılmayıb.

Vətəndaşlar bildirirlər ki, bu, ilk hal deyil – lift əvvəllər də tez-tez xarab olurdu. Xüsusilə yaşlı sakinlər və azyaşlı uşaqlı ailələr üçün bu vəziyyət gündəlik həyatda ciddi çətinliklər yaradır.

Sakinlər məsələ ilə bağlı qısa zamanda tədbir görüləcəyinə ümid edirlər.

Şahanə Xankişiyeva

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью