Xətai rayonunda evdən 12400 manat oğurlayan şəxs saxlanılıb

16.12.2025

Icma.az, Hurriyyet portalına istinadən məlumat verir.

Paytaxtın Xətai rayonunda evlərin birində talama cinayəti baş verib. Zərərçəkən polisə müraciət edərək müxtəlif vaxtlarda yaşadığı evdən naməlum şəraitdə 12401 manatının oğurlanmasını bildirib. Xətai RPİ 34-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən Bakı şəhər sakini 31 yaşlı V.Məmmədov müəyyən olunaraq saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

Hurriyyet.az

Share

Tweet

Email

Share

Share

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью