Xətai rayonunda içməli su fasilələrlə verilir? AÇIQLAMA | Icma.az
Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Paytaxtın Xətai rayonunun Səməd bəy Mehmandarov küçəsi, 74 ünvanında yaşayan sakinləri günün istənilən vaxtı su problemi yaşayırlar.
Səbəb isə çox sadədir. Binada çənlərə icazə verilmir, su isə qrafiklə verilir.
Oxu.Az Xəzər TV-yə istinadən məlumat verir ki, onların sözlərinə görə, illər öncə binalarının damındakı çənlər yığışdırılarkən suyun fasiləsiz veriləcəyi bildirilsə də, bu, sadəcə vəd olaraq qalıb.
Vətəndaşlar bildiriblər ki, problemlə bağlı müxtəlif qurumlara müraciət etsələr də, vəziyyət dəyişməyib.
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən "Xəzər Xəbər"ə bildirilib ki, qeyd olunan ərazidə suyun verilməsi qrafikli rejimlə tənzimlənir.
Bu rejimin tətbiqi bütün abonentlərin dayanıqlı içməli su ilə təminatına hesablanıb.
Əhalinin fasiləsiz su ilə təminatı istiqamətində mərhələli şəkildə işlər həyata keçirilir.
Tam oxu
Xəbəri oxu